BAKI, 27 may. TELEQRAF

Bu ilin ilk beş ayında ölkədə istehlak tələbinin artımını şərtləndirən əsas amillərdən biri istehlak kreditlərinin artımı olub.

Teleqraf Mərkəzi Bank-ın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, göstərilən dövrdə bankların ev təsərüfatlarına ayırdıqları kreditlərin portfeldə xüsusi çəkisi 17 milyard 580 milyon manat olub.

Təkcə martda istehlak kreditləri ötən ilin dekabrına nəzərən 1.9% artıb.

Qeyd edək ki, bu ilin I rübündə əhaliyə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri otən ilin eyni dövrünə nisbətən 5.1% artaraq 18.5 milyard manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ölkə əhalisinin nominal gəlirləri cari ilin yanvar-mart aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6.6% artaraq 20.7 milyard manat olub.Hesabat dövründə (2024-cü ilin yanvar-aprel, eləcə də 2025-ci ilin eyni dövrü) ev təsərüfatlarına verilmiş kreditlərin kredit portfeldə xüsusi çəkisi isə 18,6 faiz artıb. Beləliklə, borclanmanın dinamikası əhalinin nominal gəlirlərinin artımını 12 faiz üstələyib.