BAKI, 26 may. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə ən çox ölüm halı Bakı şəhərində qeydə alınıb.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən xəbər verir.

Hesabat dövründə paytaxtda 3 468 nəfər vəfat edib.

Bakıdan sonra ölüm hallarının sayına görə ən yüksək göstərici Lənkəran-Astara iqtisadi rayonunda müşahidə olunub – burada 1 199 nəfər dünyasını dəyişib. Abşeron-Xızı iqtisadi rayonunda 1 191, Qarabağ iqtisadi rayonunda 1 128, Qazax-Tovuzda 1 081, Mərkəzi Aranda 1 009, Şəki-Zaqatala iqtisadi rayonunda isə 940 ölüm halı qeydə alınıb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda 911, Abşeron- Xızı iqtisadi rayonunda isə 852 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, 2025-ci ilin ilk üç ayı ərzində ölkə üzrə ümumilikdə 14 172 nəfər dünyasını dəyişib.