BAKI, 26 may. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı yığımı “Paşa Həyat Sığorta” şirkətinə məxsus olub. Şirkət hesabat dövründə 281 milyon 911 min manat məbləğində sığorta haqqı toplayıb.

Teleqraf bu barədə Mərkəzi Bankın hesabatına əsasən məlumat verir.

İkinci yerdə 135 milyon 457 min manatla “Paşa Sığorta” qərarlaşıb. Şirkəti 41 milyon 71 min manatla “Qala Sığorta” izləyib. Renkinqdə “Atəşgah Həyat” sığorta şirkəti 38 milyon 288 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 20 milyon 262 min manatla beşinci olub.

Ümumilikdə, yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 588 milyon 466 min manat məbləğində sığorta haqqı toplanıb.