BAKI, 26 may. TELEQRAF
Bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi həyata keçirən “Paşa Həyat Sığorta” olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət dövr ərzində 129 milyon 595 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” (41 milyon 848 min manat) ikinci, “Atəşgah Həyat" sığorta (14 milyon 282 min manat) üçüncü ən çox sığorta ödənişi edən şirkətlər olub. Siyahıda bu şirkətləri “Atəşgah” sığorta (12 milyon 748 min manat), “Qala Sığorta” (7 milyon 643 min manat) izləyib.
Ümumilikdə, dövr ərzində sığorta şirkətləri tərəfindən 231 milyon 333 min manat sığorta ödənişləri həyata keçirilib.