BAKI, 26 may. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə sənaye məhsulu və xidmətlərinin ən böyük hissəsi Bakı şəhərinin payına düşüb.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən xəbər verir.

Belə ki, Bakı şəhəri üzrə 12 milyard 797 milyon 530,4 min manat dəyərində sənaye məhsulu istehsal edilib. Hesabat dövründə yüklənmiş mallar və göstərilmiş xidmətlərin ümumi dəyəri 12 milyard 638 min 789 manat təşkil edib. Dövrün sonuna hazır məhsul qalığı isə 499 milyon 617 min manat olub.

Ən aşağı sənaye istehsalı Şərqi Zəngəzurda qeydə alınıb

Naxçıvanda sənaye istehsalı 114 milyon 128 min manat təşkil edib. Yüklənmiş mallar və göstərilmiş xidmətlərin ümumi dəyəri 116 milyon 12 min manat təşkil edib. Dövrün sonuna hazır məhsul qalığı isə 9 milyon 687 min manat olub.

Abşeron-Xızı iqtisadi rayonu üzrə 1 milyard 296 milyon 244 min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 28 milyon 924 min manat, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 291 milyon 463 min manat , Qazax-Tovuz iqtisadi rayonu üzr 137 milyon 296 min manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 106 milyon 915 min manat, Lənkəran-Astara iqtisadi rayonu üzrə 105 milyon 583 min manat, Mərkəzi Aran iqtisadi rayonu üzrə 199 milyon 834 min manat, Mil-Muğan iqtisadi rayonu üzrə 193 milyon 359 min manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 160 milyon 278 min manat dəyərində sənaye məhsulu istehsal edilib.

Qarabağ iqtisadi rayonunda sənaye istehsalı 104 milyon 649 min manat olub. Yüklənmiş mallar və göstərilmiş xidmətlərin ümumi dəyəri 93 milyon 119 min, dövrün sonuna hazır məhsul qalığı isə 23 milyon 798 min manat olub. Şərqi Zəngəzur iqtisadi rayonu üzrə ümumi göstərici 18 milyon 798 min manat təşkil edib. Yüklənmiş mallar və göstərilmiş xidmətlərin ümumi dəyəri 19 milyon 283 min manat təşkil edib. Dövrün sonuna hazır məhsul qalığı isə 1 milyon 894 min manat olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan üzrə sənaye məhsulunun və xidmətlərinin faktiki qiymətlərlə ümumi buraxılış dəyəri 15 milyard 823 milyon 631 min manat təşkil edib.

Həmin dövrdə yüklənmin mallar və göstərilmiş xidmətlərin ümumi dəyəri 15 milyard 560 milyon 944 min manat, dövrün sonuna hazır məhsul qalığı isə 991 milyon 930 min manat olub.