BAKI, 24 may. TELEQRAF
BOKT “AZMİKROINVEST” MMC 2024-cü ilin sonuna dair maliyyə vəziyyətinə dair hesabatını açıqlayıb.
Teleqraf sənədə istinadən xəbər verir ki, şirkətin ümumi öhdəlikləri 2024-cü ilin sonuna 337,699 manat təşkil edib ki, bu da 2023-cü ilin sonundakı 62,767 AZN göstəricisi ilə müqayisədə təxminən 5.4 dəfə artım deməkdir.
Əsas artım banklar və digər maliyyə institutları üzrə öhdəliklərdə qeydə alınıb. Belə ki, bu rəqəm 2023-cü ildə cəmi 9,103 AZN olduğu halda, 2024-cü ildə 281,070 AZN-ə yüksəlib.
Qeyd olunan məbləğ “Rabitəbank” ASC-nin Yasamal filialı ilə 18 sentyabr 2024-cü il tarixində imzalanmış müqaviləyə əsasən əldə edilmiş 300,000 manatlıq kreditin tərkib hissəsidir. Kreditin geri qaytarılma müddəti 3 il, illik faiz dərəcəsi isə 15% olaraq müəyyən edilib.