BAKI, 23 may. TELEQRAF
2024-cü il ərzində Mərkəzi Bank tərəfindən çap şirkətlərindən ümumilikdə 84,140 min manat dəyərində yeni kağız və metal pul nişanları təhvil alınıb. Bu da 2023-cü ildə 550,960 min manat məbləğində yeni kağız və metal pul nişanları təhvil almışdı.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlinə dövriyyədə olan pul nişanlarının qalığı 17,318,195 manat, illik artım isə 130,896 manat olub. Nəticədə, ilin sonunda bu göstərici 17,449,091 manat səviyyəsində qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin əvvəlində dövriyyədə olan kağız və metal pulların qalığı 14,714,360 manat idi. Həmin il ərzində isə 2,603,835 manat artım baş verərək ilin sonunda bu məbləğ 17,318,195 manata çatmışdı.