BAKI, 15 may. TELEQRAF

"Taleh" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, yığıncaqda ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə illik hesabatı, Cəmiyyətin Direktorlar şurasının (Müşahidə Şurasının), İdarə Heyətinin, təftiş komissiyasının (müfəttişin) seçilməsi və digər məsələlər müzakirə ediləcək.

Yığıncaq iyunun 30-u saat 10:00-da İmişli rayonunda baş tutacaq.

Qeyd edək ki, "Taleh" ASC-nin nizamnamə kapitalı 202 min 832 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Eyvazov Bəxtiyar Hilal oğludur.