BAKI, 15 may. TELEQRAF

2025-ci ilin aprelində Azərbaycanda gündəlik neft hasilatı 490 min barel təşkil edib. Bu göstərici martda gündəlik 480 min barel olub.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.

Hesabata əsasən, Azərbaycan OPEC+ üzrə hədəfindən gündəlik 70 min barel geridə qalıb.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir.