BAKI, 12 may. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Sloveniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 52,9% artaraq 12,6 milyon dolları üstələyib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Azərbaycandan Sloveniyaya ixrac 5,6 milyon dollar (51,6% artım), Sloveniyadan Azərbaycana idxal isə 7 milyon dollar (53,9% artım) təşkil edib.

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Sloveniya ilə ticarətin payı 0,1% təşkil edib.