BAKI, 21 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında ən az mənfəət əldə edən bank “Bank BTB" ASC olub. Bankın əldə etdiyi xalis mənfəət 800 min manat olub ki, bu da banklar arasında rüb ərzində qeydə alınan ən aşağı xalis mənfəət olub.

Teleqraf xəbər verir ki, xalis mənfəəti az olmasına görə, "Bank BTB"-ni "TuranBank" ASC izləyib. Bu bankın xalis mənfəəti 1,2 milyon manat həcmində olub ki, bu da ikinci ən aşağı nəticə olaraq qeydə alınıb.

Zəif nəticə göstərən digər banklar arasında "Bank Melli İran"ın Bakı filialı da yer alıb. Bankın xalis mənfəəti 1,5 milyon manat təşkil edib. "Premium Bank" ASC isə 1,6 milyon manat xalis mənfəətlə dördüncü sırada qərarlaşıb. TOP 5-liyin sonunda "Azərbaycan Sənaye Bankı" ASC 1,7 milyon manatlıq qazanc ilə siyahının beşinci yerində qərarlaşıb.

Xatırladaq ki, rüb ərzində ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bank" ASC olub – 65,7 milyon manat.