BAKI, 21 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında ən az depozit "Bank Melli İran"nın Bakı filialında olub. Bankın depozit portfeli 35,3 milyon manat təşkil edib və bu, banklar arasında rüb ərzində qeydə alınan ən aşağı depozit portfeli olub.
Teleqraf xəbər verir ki, depozit portfelinin kiçikliyinə görə, "Bank Melli İran"nın Bakı filialını "Bank Avrasiya" ASC izləyib. Bu bankın depozit portfeli 57,4 milyon manat həcmində olub ki, bu da ikinci ən aşağı nəticə olaraq qeydə alınıb.
Zəif nəticə göstərən digər banklar arasında "Bank VTB (Azərbaycan)" ASC də yer alıb. Bankın depozit portfeli 128,4 milyon manat təşkil edib. "AFB Bank" ASC isə 130,8 milyon manat depozit portfeli ilə dördüncü sırada qərarlaşıb. Nəhayət, "Bank BTB" ASC 146,9 milyon manatlıq depozit həcmi ilə siyahının beşinci yerində qərarlaşıb.
Xatırladaq ki, dövr ərzində depozit portfelinin həcmi ən çox artan "Azərbaycan Beynəlxalq Bank" ASC olub - 10 milyard 128 milyon manat.