BAKI, 21 aprel. TELEQRAF

Rusiya İqtisadi İnkişaf Nazirliyi 2025-ci il üçün “Brent” markalı neftin bir barelinin orta illik qiyməti proqnozunu 81,7 dollardan 68 dollara endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyasının 2025–2026-cı illər üçün sosial-iqtisadi inkişaf və 2027–2028-ci illər üçün planlaşdırma dövrünə dair strategiyasında qeyd olunub.

Sənəd baxılması üçün hökumətə təqdim edilib.

Layihəyə əsasən, 2025-ci ildə “Brent” markalı xam neftin bir barelinin orta illik qiymətinin 68 dollar, 2026–2028-ci illərdə isə müvafiq olaraq 72 dollar olacağı gözlənilir.

2025-ci il üçün Rusiyanın “Urals” markalı neftinin bir barelinin qiyməti üzrə proqnoz gözləntiləri 56 dollar təşkil edir. 2026–2028-ci illər dövründə isə bu qiymətin müvafiq olaraq 61, 63 və 65 dollar səviyyəsində olacağı gözlənilir.