BAKI, 18 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında banklar arasında depozit portfelinin həcminə görə "Azərbaycan Beynəlxalq Bankı" ilk sırada yer alıb. Belə ki, ABB-nin rüb ərzində depozit portfelinin həcmi 10 milyard 128 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının 2025-ci ilin birinci rübünün renkinq hesabatında qeyd edilib.
Depozit portfelinin həcminə görə, ilk beşlikdə ABB-dən sonra "Kapital Bank" ASC ikinci yeri tutub. Bankın dövr ərzində depozit portfeli 9 milyard 3,9 milyon manat həcmində olub. Üçüncü sırada 6 milyard 320,8 milyon manatlıq göstərici ilə "PaşaBank” ASC qərarlaşıb. Bundan əlavə, "Xalq Bank" ASC 1 milyard 818,8 milyon manatlıq depozit həcmi ilə dördüncü, "AzərTürk Bank" ASC isə 1 milyard 382,2 milyon manatla beşinci sırada yer alıb.