BAKI, 17 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft və xam neft məhsulları ixracında Avropa ölkələri əsas yeri tutub.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu dövrdə xam neftin ixrac olunduğu ölkələr siyahısında ilk beşliyə İtaliya liderlik edib. Bu ölkəyə 1 milyard 702 milyon 838.31 min ABŞ dolları dəyərində 3 milyard 55 milyon 572.87 min ton xam neft ixrac edilib. İtaliyaya ixrac Azərbaycanın cəmi xam neft və xam neft məhsulları ixracının 50,84%-ni təşkil edib.
Hesabat dövründə Çexiya 304 milyon 667.44 min dollar dəyərində 558 milyon 693.27 min ton, Almaniya 276 milyon 544.77 min dollar dəyərində 500 milyon 1.10 min ton, Xorvatiya 238 milyon 672.29 min dollar dəyərində 428 milyon 402.79 min ton, Rumıniya isə 224 milyon 820.31 min dollar dəyərində 403 milyon 928.34 min ton xam neft və xam neft məhsulları idxal edib.