BAKI, 10 aprel. TELEQRAF
Bu ilin aprel ayında Avropaya maye təbii qaz (LNG) idxalı rekord səviyyəyə çatıb. Beləliklə, apreldə LNG alışı mart ayının göstəricilərini geridə qoyub.
Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat verib.
Bildirilib ki, hazırda LNG-nin regazifikasiyası və boru kəmərlərinə ötürülməsi gücləri 54%-lik maksimum yükləmə ilə fəaliyyət göstərir:
Aprel ayında LNG idxalı ötən ilin analoji ayına nisbətən dörd dəfə artıb. Keçən qış mövsümündə Avropada yeraltı qaz anbarlarının (PÇG) doldurulmasında yaşanan çətinliklər, xüsusən də Ukrayna üzərindən Rusiya qazının tranzitinin olmaması və qazın zəif yüklənməsi Avropanı bu yaz mövsümündə rekord sürətlə LNG idxal etməyə məcbur edib. Qış mövsümü martın 28-də başa çatıb və 151 gün davam edib. Bu müddət ərzində Avropa İttifaqı ölkələri yeraltı anbarlardan 74 milyard kubmetrdən çox qaz çəkib. Net-çıxarış isə 69 milyard kubmetr təşkil edib ki, bu da ötən ildən 44% çoxdur.
Hazırda Avropanın yeraltı anbarları təxminən 35% doludur. Aprelin əvvəlində qaz çıxarışı ötən ildən 5% yüksək olub, qazın doldurulması isə 10,5% azalıb.
Avropa Komissiyasının tələblərinə görə, Avropa Birliyi ölkələri hər il 1 noyabr tarixinə qədər yeraltı anbarlarını 90% qazla doldurmalıdırlar. Bu tələbin yerinə yetirilməsi, bazarda qaz qiymətlərinin artmasına səbəb olur.