BAKI, 4 aprel. TELEQRAF

"HSBC" (Hongkong and Shanghai Banking Corporation)​ bank 2025 və 2026-cı illər üzrə qızıl orta qiyməti ilə bağlı proqnozlarını dəyişib. Bank 2025-ci ildə qızıln unsiyasının 3.015, 2026-cı ildə isə 2.915 dollar təşkil edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bankın əvvəlki proqnozunda 2025-ci ildə qiymətli metalın dəyərinin 2.687, 2026-cı ildə isə 2.615 dollar olacağı qeyd edilirdi.

İnvestisiya bankı Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar kimi geosiyasi risklərlə yanaşı, ABŞ-nin xarici siyasətindəki dəyişikliklər və iqtisadi qeyri-müəyyənliyin də qızıl qiymətlərini artırdığını irəli sürüb.

"HSBC" dünya mərkəzi banklarının qarşıdakı iki ildə qızıl alışını davam etdirəcəklərini proqnozlaşdırır.

Həmçinin bankın roqnozuna görə, 2025-ci ilin sonlarına doğru dolların güclənməsi (xüsusilə 2024-cü ildə gözlənilən, lakin reallaşmayan faiz endirimlərinə əsaslandığı üçün) qızılın qazancını məhdudlaşdıra bilər.