
BAKI, 20 mart. TELEQRAF
Ötən günki rekord səviyyədə bahalaşmanın ardından bu gün avro lirəyə qarşı ucuzlaşıb.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 11:50-a olan göstəriciyə görə, avronun lirəyə qarşı məzənnəsi 41,3 lirə, dolların isə 37,9 lirə təşkil edib.
Xatırladaq ki, ötən gün dollar lirə qarşısında 11 faizdən çox bahalaşaraq 41 lirəyə, avro isə 8,21 faiz artaraq 43,49 lirəyə yüksəlmişdi.