BAKI, 20 mart. TELEQRAF

"Goldman Sachs" Türkiyə Mərkəzi Bankının (TCMB) siyasəti və türk lirəsinin vəziyyəti ilə bağlı yeni hesabatını açıqlayıb.

Teleqraf xəbər verir ki, şirkətin analitiklərinə görə, son hadisələr Türkiyənin iqtisadi artımına ciddi təsir göstərməyəcək. Bu səbəbdən də, "Goldman Sachs" 12 aylıq məzənnə proqnozunu dəyişməyib:

"42 TL-lik proqnozumuzu yeniləməyə ehtiyac görmürük."

Bundan əlavə, şirkətin təhlilinə görə, TCMB, faiz endirimini dayandırmaq əvəzinə, lirənin tədricən dəyər itirməsinə üstünlük verəcək.