BAKI, 27 fevral. TELEQRAF

Almaniyanın Münxen şəhərində uçuşların təxminən 80 faizi ləğv edilib.

Teleqraf xəbər verir ki, ölkənin ikinci böyük hava limanı olan Münxen Franz Josef Ştraus Hava Limanında Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqının təşkil etdiyi tətil səbəbindən uçuşların təxminən 80 faizi ləğv edilib.

Hava limanının açıqlamasında iki gün davam edəcək tətil səbəbindən daha çox uçuşun ləğv edilə biləcəyi və Münxen vasitəsilə səyahət etməyi planlaşdıran sərnişinlərin aviaşirkətlərlə əlaqə saxlamalarının vacib olduğu bildirilib.

Qeyd edək ki, Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı yanvardan başlayaraq əməkhaqqı artımı tələbi ilə Almaniyada çoxsaylı tətillər təşkil edib.