BAKI, 27 fevral. TELEQRAF

Qlobal enerji tələbatı, enerji keçidi və karbon emissiyalarının azaldılması mövzuları Londonda müzakirə edilib.

Teleqraf xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Londonda keçirilən “Beynəlxalq Enerji Həftəsi 2025” konfransının “Neft və qazın sürətlə və miqyaslı karbonsuzlaşdırılması” sessiyasında SOCAR-ın dekarbonizasiya və enerji keçidi strategiyası haqqında məlumat verib.

O, şirkətin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq hədəfi və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.

Vitse-prezident, həmçinin SOCAR-ın “MGP”, “IOGP”, “OGCI”, “OGMP 2.0” kimi nüfuzlu beynəlxalq təşəbbüslər və təşkilatlarla əməkdaşlıq etdiyini, OGDC xartiyasının həmtəsisçilərindən biri olmaqla, onun Rəhbər Komitəsində təmsil olunduğunu diqqətə çatdırıb.

Bu əməkdaşlıqların SOCAR-ın ətraf mühitin mühafizəsi və davamlı inkişaf məqsədlərinə verdiyi töhfənin göstəricisi olduğunu qeyd edib.