Bakı, 18 fevral. TELEQRAF

“Azərpoçt” bağlama qutularının satın alınması üçün açıq tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən xəbər verir ki, tender çərçivəsində müxtəlif ölçülərdə bağlama qutularının alınması nəzərdə tutulur.

Satınalma üçün ayrılan ehtimal olunan ümumi məbləğ 124.112,40 AZN təşkil edir. Sənəddə qeyd olunan ölçülərə əsasən, ümumilikdə 115 minə yaxın qutu satın alınacaq. Ən çox sifariş edilən ölçü 300×225×245 mm olan qutulardır və onların sayı 50 min ədəd təşkil edir. Digər sifarişlər isə 500×300×197 mm (30 min ədəd), 310×280×130 mm (12 min ədəd), 215×180×220 mm (10 min ədəd), 320×280×75 mm (12 min ədəd) ölçülü bağlama qutularını əhatə edir. Bundan əlavə, 1 000 ədəd loqosuz, sadə qutuların alınması da planlaşdırılır.

Təkliflərin qiymətləndirilməsi və zərflərin açılışı 11 mart 2025-ci ildə baş tutacaq.