Bakı, 18 fevral. TELEQRAF

Rusiyanı tərk edən ABŞ şirkətləri 300 milyard dollar itirib.

Teleqraf Bloomberg-ə istinadən xəbər verir ki, Rusiyanın Rifah Fondunun rəhbəri Kirill Dmitriev ABŞ şirkətlərinin Rusiyanı tərk etməsinin bu ölkəyə 300 milyard dollar zərər verdiyini açıqlayıb. Dmitriev bu bəyanatını Ər-Riyada səfəri zamanı, ABŞ və Rusiya arasında illər sonra baş tutacaq yüksək səviyyəli təkbətək danışıqlardan əvvəl verib.

Həmçinin, Dmitriev iki ölkə arasındakı danışıqların bir çox cəhətdən mühüm olduğunu vurğulayıb.