
BAKI, 18 fevral. TELEQRAF
Qəbələ rayonunda “Lalə” uşaq istirahət müəssisəsi ləğv olunduğunu elan edir.
Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Qəbələ şəhəri, Heydər Əli̇yev küçəsi̇ 114 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, müəssisə 18 iyun 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Dilavər Kərimov Bahəddin oğludur.
Onu da qeyd edək ki, bu gün eləcə də "ADTM" Tərcümə Agentliyi MMC və "GURSES HEARİNG" MMC də ləğv olunduqlarını elan ediblər.