BAKI, 14 fevral. TELEQRAF

2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Belə ki, ötən il Dövlət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyi 1 milyard 495,1 milyon manat vergi ödəyərək siyahıda birinci yeri tutub. "TABATERRA" MMC 689,3 milyon manat vergi ödəyərək siyahıda ikinci yerdə qərarlaşıb.

2024-cü ildə "BP Azərbaycan" 664,3 milyon manat, "LUKOYL OVERSİZ ŞAH DƏNİZ LTD" 524,6 milyon manat, "TURKİSH PETROLEUM OVERSEAS COMPANY LTD" isə 422,7 milyon manat vergi ödəyib.

Vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir.