BAKI, 10 fevral. TELEQRAF

"Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Roma papası II İohann Pavel adına katolik kilsə binasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderdə ərazinin topoqrafiyası, geologiya işləri, memarlıq planlaşdırma həlli (eskiz), şəhərsalma əsaslandırılması, memarlığın işçi layihəsi və konstruksiya hesabatı işləri nəzərdə tutulub.

Tenderin ehtimal oluna qiyməti 655 min manatdır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi 4 martdır.