FİFA-nın etika komissiyası daha bir futbol funksionerini cərimələyib.
Komissiya FİFA-nın vitse-prezidenti, UEFA-nın birinci vitse-prezidenti Anxel Mari Vilyara xəbərdarlıq edib və onu 25 min İsveçrə frankı cərimələyib.
Bununla bağlı FİFA-nın saytında yazılan məlumatda bildirilir ki, ispan funksioner davranışına görə cərimələnib. Etika komissiyasını DÇ-2018 və DÇ-2022-in ev sahiblərinin müəyyənləşməsi ilə bağlı aparılan araşdırmalar zamanı Vilyarın davranışı qane etməyib.
Vilyar istintaqçılarla əməkdaşlıq etməkdən və ifadə verməkdən imtina edib.