“Qəbələ” millimizin hücumçusu Vaqif Cavadovla anlaşıb.

Teleqraf.com xəbər verir ki, bunu klubun vitse-prezidenti Fariz Nəcəfov APA-ya təsdiqləyib.

Ötən mövsümü Türkiyə klubu “Boluspor”da keçirən və yay fasiləsində “Xəzər Lənkəran”a keçən Cavadov orda rəsmi debüt etmədən “Qəbələ”yə keçib.

26 yaşlı oyunçu ilin sonuna qədər icarə əsasında “Qəbələ”nin formasını geyinəcək.