BAKI, 24 sentyabr. TELEQRAF
“Bu, Bakıya ikinci gəlişimdir. Belə gözəl və müasir şəhərdə olmaqdan çox xoşbəxtəm”.
Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Bakıda yeniyetmələr arasında keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. İnanıram ki, bu yarış da uğurla başa çatacaq”.
Qeyd edək ki, turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.