BAKI, 15 sentyabr. TELEQRAF

İsveçli Olimpiya çempionu Armand Duplantis 14-cü dəfə dünya rekordunu qırıb.

Teleqraf xəbər verir ki, atlet Tokioda keçirilən dünya çempionatında 6 metr 30 santimetr hündürlüyə tullanaraq dünya rekordunu yeniləyib. O, üçüncü dəfə dünya çempionu olub.

Bu, Duplantisin karyerası ərzində 14-cü dünya rekordu olub.