![](https://teleqraf.az/storage/2025/02/06/715x378/fiziev_uayt.png)
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-də yarışmaq istəyir.
Teleqraf.com xəbər verir ki, 31 yaşlı idmançı sosial şəbəkə hesabında turnirin prezidenti Dana Uayta müraciət edib.
“Sadəcə döyüşməyə icazə ver, qardaşım”, - yazan döyüşcü ağlayan emoji də əlavə edib.
Fiziyev 2023-cü ilin sentyabrında polşalı Mateuş Qamrotla döyüşdə zədələndikdən sonra rinqə çıxmayıb.
Qeyd edək ki, Rafael Fiziyev karyerası ərzində 15 MMA döyüşünün 12-də qələbə qazanıb. O, UFC yüngül çəki reytinqində 11-ci yerdədir.