İngiltərənin "Mançester Siti" klubu rəsmi saytında Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Ömər Marmuşun transferini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, "şəhərlilər" 25 yaşlı misirli hücumçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə bağlayıb.

Məşhur insayder Fabritsio Romanın məlumatına görə, "Mançester Siti" Marmuşa görə qarşı tərəfə 75 milyon avro ödəyib.

Qeyd edək ki, Ömər Marmuş 2023-cü ilin yayından "Ayntraxt"da çıxış edirdi. O, bu mövsüm keçirdiyi 26 oyunda 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.