SUMQAYIT, 5 oktyabr. TELEQRAF

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində, “Azuqə” mağazasının qarşısında qeydə alınıb.

Sabir Əliyev idarə etdiyi avtomobillə yolu keçən piyada Şamil Süleyman oğlu Süleymanovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.