BAKI, 29 iyun. TELEQRAF
Sabirabad rayonunda qumar oynayan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Teleqraf-ın xəbərinə görə, Sabirabad rayon sakini Eldar Vəliyev kənddə yerləşən evində dostu Ülvi Məmmədovla (ad-soyad şərti verilib – red.) qumar oynayıblar.
Keçirilən əməliyyat zamanı Vəliyevin evində stolun üstündən 3 ədəd iyirmi manatlıq, 1 ədəd beş manatlıq, 11 ədəd bir manatlıq pul əskinası və 36 ədəd oyun kartı aşkar edilib.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 520-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib və Sabirabad Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 3 min manat miqdarında cərimə edilib.
Bundan başqa, Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Tacir Əhmədov da qumar oynadığı üçün inzibati məsuliyyətə cəlb olunub. O, 2025-ci ildə Dağıstan Rüspublikasında işləmyib və həmin ilin oktyabr ayında sonuncu dəfə onlayn “Pin-Up” tətbiqi vasitəsi ilə qumar oynayıb.
Əhmədov da İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Əhmədovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasın icraata xitam verilib.