SUMQAYIT, 1 mart. TELEQRAF
Sumqayıtda zəncirvari qəza qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində baş verib.
İlkin məlumata əsasən, “HAVAL”, “BYD” və “Opel” markalı minik avtomobilləri ardıcıl şəkildə toqquşub.
Nəticədə avtomobillərə maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunub və yol hərəkətinin təhlükəsizliyi təmin edilib.
Hazırda fakt üzrə araşdırma aparılır, qəzanın başvermə şəraiti dəqiqləşdirilir.