SUMQAYIT, 16 fevral. TELEQRAF

Gecə saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektlərindən birində yanğın qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Sahil küçəsində yerləşən Samovar restoranında baş verib.

Məlumata görə, məlumat daxil olduqdan dərhal sonra əraziyə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları göndərilib.

Yanğın qısa müddətdə nəzarət altına alınıb və alovun ətraf obyektlərə yayılmasına imkan verilməyib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.