SUMQAYIT, 7 fevral. TELEQRAF
Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
Teleqraf xəbər verir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.
Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.
Meyit müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.