BAKI, 10 yanvar. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 9-da ümumi çəkisi 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.