BAKI, 18 noyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinin Jetısay rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində çoxlu sayda insan tələfatı ilə bağlı başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb.

Sözçü hökumət və Türküstan vilayətinin valisinə həlak olanların yaxınlarına hər cür kömək göstərməyi və faciə ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.

***

08:48

Qazaxıstanın Türküstan vilayətində iki mərtəbəli fərdi yaşayış evində güclü yanğın baş verib.

Teleqraf "Kazinfrom"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Yanğın nəticəsində 9-u azyaşlı olmaqla 12 nəfər ölüb

Hazırda yanğının səbəbləri araşdırılır, ekspertiza işləri aparılır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə ilə bağlı dərin hüznlə başsağlığı verib. Prezidentin mətbuat xidməti bildirib ki, dövlət başçısı hadisəni böyük faciə adlandırıb və aidiyyəti qurumlara araşdırmanın tam və obyektiv aparılması tapşırılıb.