BƏRDƏ, 28 oktyabr. TELEQRAF
Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 1 nəfər (kişi) saat 05:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sağ bud sümüyünün aşağı 1/3 yerdəyişmiş sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
10:52
Bərdə rayonunun Mehdili kəndində “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı üçə çatıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, avtomobildə ata və oğul olmaqla 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun oğlu Alı Əliyev həyatını itirib.
Digər oğul 2005-ci il təvəllüdlü oğul Röyal Əliyev ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı “VAZ” markalı digər minik avtomobilində olan polis əməkdaşı 2003-cü il təvəllüdlü Səyyad Əliyev də ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
.jpg)
.jpg)