BƏRDƏ, 24 avqust. TELEQRAF

Bərdədə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Bərdədə baş verən qəzada xəsarət alan rayonun Məmmədli kənd sakinləri - 1958-ci il təvəllüdlü Həsənov İlham Vəli oğlu, 1964-cü il təvəllüdlü İsmayılov Qoşqar Həsən oğlu, 1974-cü il təvəllüdlü Gülməmmədov Etibar İsmayıl oğlu, 1994-cü il təvəllüdlü Qasımov Elməddin Murad oğlu, 1955-ci il təvəllüdlü Yaqubov Əvəz Səfər oğlu və Cabbarov Şaiq adlı şəxslərdir.

Xəsarət alanlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

***

17:58

Bərdədə traktorla minik avtomobili toqquşub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alpoud kındi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor "Toyota" markalı avtomobil ilə toqquşub. Nəticədə minik avtomobili aşıb. Traktorun təkəri isə yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma başlanıb.