BAKI, 24 avqust. TELEQRAF
Bakının Sabunçu rayonunda zavod ərazisində ölüm hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
26 yaşlı Xəlilov Sənan Elxan oğlu əvvəllər zavod kimi fəaliyyət göstərən ərazidə dostlarına tikinti işinə kömək etmək istəyib.
O, tikilinin ikinci mərtəbəsindən yerə yıxılıb.
S.Xəlilov baş nahiyyəsindən aldığı xəsarətlərdən ölüb.
Onun meyiti morqa yerləşdirilib. Hazırda ölümün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.