GORANBOY, 20 avqust. TELEQRAF
İtkin düşmüş Goranboy rayon Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi Ümid İsayevin səhhəti normaldır.
Teleqraf-ın əldə etdiyi məlumata görə, onun əməlində hələlik heç bir cinayət tərkibi müəyyən edilməyib.
Ümid İsayevin Bakı şəhərinə özü könüllü getdiyi bildirilir.
Aidiyyəti qurumlar araşdırmanı davam etdirirlər.
***
10:06
Polis əməkdaşlarının keçirdiklər müvafiq tədbirlər nəticəsində Ümid İsayevin yeri Bakı şəhərində müəyyən olunaraq, Goranboy rayonuna gətirilib və ailəsinə təhvil verilib.
Bu barədə Teleqraf-ın Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
***
12:31/19.08.2025
Goranboy rayon Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi Ümid İsayev itkin düşüb.
Bu barədə Teleqraf-ın Qərb bürosuna itkin düşən şəxsin yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, 2008-ci il təvəllüdlü Ü. İsayev 18 avqust tarixində evdən çıxıb və geri dönməyib.
Hazırda 17 yaşlı yeniyetmədən xəbər yoxdur.