LƏNKƏRAN, 19 avqust. TELEQRAF
18 yaşlı gəncin süni göldə boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Tükəvilə kənd sakini, 18 yaşlı Tohid Ələsgərov idmanın güləş növü ilə məşğul olub.
O, hər səhər dostları ilə dağlarda qaçır, daha sonra kənd ərazisindəki süni gölə gəlib əl-üzünü yuyurmış.
Hadisə baş verən günü T.Ələsgərov adəti üzrə dostları ilə qaçışdan sonra gölə gəlib. Əl-üzünü yuduqdan sonra su içmək istədiyi an ayağı sürüşərək gölə düşüb. Gölün dərin olması səbəbindən o, boğularaq dünyasını dəyişib.
Tohid Ələsgərov ailənin tək oğlan övladı olub.
***
12:26
Lənkəran rayonunun Tükəvilə kəndində 17 yaşlı yeniyetmə faciəvi şəkildə həyatını itirib.
Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb. Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.