BAKI, 8 avqust. TELEQRAF
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobiltelefon keçirilməsinin qarşısı alınıb.
Teleqraf xəbər verir ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - deyə məlumatda qeyd olunub.