AĞDAM, 25 iyul. TELEQRAF

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.

***

12:44

Ağdamda başlayan yanğın Xocavənd rayonunun ərazisinə keçib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonunun Gülablı kəndində başlayan yanğın sürətlə genişlənərək, Xocavənd rayonunun Mirikənd kəndi istiqamətində yayılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Ağdam, Ağcabədi, Yevlax və Xankəndi rayonlarından cəlb olunmuş 7 yanğınsöndürən texnika və 80 nəfərlik şəxsi heyət, eləcə də 2 helikopter yanğının söndürülməsi istiqamətində tədbirlər görür.