Goranboy, 20 iyul. TELEQRAF

Goranboy rayonunda 14 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsindən 2011-ci il təvəllüdlü Nurlan Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.