GƏNCƏ, 19 iyul. TELEQRAF
Gəncə şəhərində ata qızını qətlə yetirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Səməd Həsənli 2003-cü il təvəllüdlü qızı Leyla Həsənlini döyərək öldürüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.