BAKI, 4 iyul. TELEQRAF

Şəmkir rayonunda 14 yaşlı şəxs tərəfindən bıçaqlanan 23 yaşlı Kənan Abbasovun vəziyyəti açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyulun 3-də saat 22:55 radələrində 2002-ci il təvəllüdlü şəxs ( kişi cinsi) sol çiyin nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin sol yarısının yan divarının periton və plevra boşluqlarına nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraks, diafraqmanın yaralanması diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyətinə uyğun olaraq əməliyyat edilib.

Əməliyyatdan sonra xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Vəziyyəti orta ağır qiymətləndirilir.

Məryəm Surxay

***

10:05

ŞƏMKİR, 4 iyul. TELEQRAF

Şəmkir rayonunda 14 yaşlı şəxs 23 yaşlı oğlanı bıçaqlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Dəllər qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aslan Aslanov münaqişə zəminində, Şəmkir şəhər sakini, 2002-ci il təvəllüdlü Kənan Abbasova bıçaqla xəsarət yetirib.

K.Abbasov Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma başlanılıb.