BAKI, 9 iyun. TELEQRAF
Azərbaycanda polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması üçün tədbilər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, iyunun 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.